Goranboyda şəhid Səfiyar Məmmədov və Ümid İmamquliyevin il dönümü ilə bağlı məzarları ziyarət olundu
15 sentyabr 2026 | 15:27
Goranboy rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, bir qrup şəhid ailələri, şəhidimizin ailə üzvləri və yaxınlarının iştirakı ilə 2022-ci ilin sentyabr ayında Kəlbəcər-Laçın istiqamətində düşmən təxribatlarının qarşısının alınması zamanı şəhid olan Səfiyar Məmmədov və Ümid İmamquliyevin il dönümü ilə bağlı məzarları ziyarət olunaraq əziz xatirələri ehtiramla yad edildi.








