Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda şəhid övladları üçün istirahət düşərgəsi təşkil edildi.

08 dekabr 2022 | 15:30
Goranboy Olimpiya İdman Komleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, YAŞAT Fondunun təqdim etdiyi müvafiq adlı siyahı, rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsinin birgə dəstəyi ilə, Gəncə, Mingəçevir şəhərləri, Yevlax və Goranboy rayonlarından olan şəhid övladları üçün 05-09 dekabr 2022-ci il tarixini əhatə edən istirahət düşərgəsi təşkil olunub. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev düşərgədə olan şəhid övladları ilə görüşdü, onlarla səmimi söhbət etdi, onlar üçün istirahət düşərgəsində və rayonun ekskursiyası üçün yaradılan şəraitlə maraqlandı. Şəhid övladlarına hədiyyələr verildi.
Keçidlər