Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, şəhid övladı dünyaya gəldi.

05 yanvar 2024 | 16:35

19 sentyabr 2023-cü il tarixdə, Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olmuş Tovuz rayon sakini, Hüseynov Şikar Hüseyn oğlunun, Goranboy Mərkəzi Xəstəxanasında övladı dünyaya gəlib.  Bu münasibətlə, Mərkəzi Xəstəxanada və şəhid xanımının ailəsinin, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşadığı evdə görüş keçirildi, qurban kəsildi. Tədbirdə, Goranboy RİH-nin məsul əməkdaşları, bir qrup şəhid ailələri və qazilər, şəhidin döyüş yoldaşları, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Keçidlər