Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda şəhid Milli Qəhrəman Niyazi Aslanovun anım tədbiri keçirildi.

04 may 2024 | 10:15

Tap Qaraqoyunlu kənd Şəhidlər Xatirə Abidə Kompleksində,  şəhid  Milli Qəhrəman Niyazi Aslanovun anım tədbiri keçirildi. Tədbirdə, Goranboy  rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP rayon təşkilatının sədri,  Tap Qaraqoyunlu kəndindən olan  şəhid ailələri və müharibə iştirakçıları, kənd ictimaiyyətinin nümayəndələri və bir qrup ictimai fəallar iştirak etdilər. Tədbir iştirakçıları tərəfindən, 1-ci Qarabağ müharibəsi şəhidimiz, Azərbaycanın Milli Qəhrəmanı Aslanov Niyazi Şərəfxan oğlunun büstü və Xatirə Kompleksi ziyarət olundu, Şəhidlərimizin əziz xatirələri ehtiramla anıldı, ruhlarına dualar oxundu. Məktəblilərin təqdimatında ədəbi-bədii  kompozisiya nümayiş etdirildi

 

Keçidlər