Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda şəhid Milli Qəhrəman Niyazi Aslanov anıldı

25 dekabr 2024 | 18:25

Tap Qaraqoyunlu kəndindən 1-ci Qarabağ Müharibəsinin şəhidi  Milli Qəhrəman Aslanov Niyazi Şərəfxan oğlunun anım tədbiri keçirildi. Tədbirdə, Goranboy  rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və rayonun digər rəhbər şəxsləri, Milli Qəhrəmanın ailə üzvləri və Tap Qaraqoyunlu kəndindən olan  şəhid ailələri, müharibə iştirakçıları, kənd ictimaiyyətinin nümayəndələri  və məktəblilər iştirak etdilər. Tədbir iştirakçıları Milli Qəhrəman Niyazi Aslanovun adını daşıyan Tap Qaraqoyunlu kənd tam orta məktəbinin həyətində Milli Qəhrəmanımızın  büstünü  və Tap Qaraqoyunlu kənd  Şəhidlər Xatirə Kompleksini ziyarət etdilər, Şəhidlərimizin əziz xatirələri ehtiramla anıldı, ruhlarına dualar oxundu. Məktəblilərin təqdimatında ədəbi-bədii  kompozisiya nümayiş etdirildi.

Keçidlər