Goranboyda şəhid Əhmədov Rauf Əjdər oğlunun doğum günü ilə bağlı məzarı ziyarət olundu
24 iyul 2026 | 14:35
Goranboy rayon İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının məsul əməkdaşları şəhid, Əhmədov Rauf Əjdər oğlunun doğum günü ilə bağlı məzarını ziyarət etdilər. Qeyd edək ki, 1993 cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüş şəhid Əhmədov Rauf Əjdər oğlunun nəşinin qalıqları tapılaraq 2026- cı il iyulun 3-də Sarov kənd qəbirstanlığında dəfn edilmişdir. Şəhidimizin 40 mərasiminə qədər qəbrüstü baş daşının qoyulması nəzərdə tutulur.








