Goranboyda şəhid ailəsinin mövcud problemi yerində həll edildi.
09 avqust 2023 | 10:33
Goranboyda şəhid ailələri və müharibə iştirakçıları ilə yerlərdə keçirilən görüşlərdə ünvanlanan müraciətlərin araşdırılması məqsədi ilə Sarov kəndində şəhid ailəsi Əliyev Zülfü Rza oğlunun torpaq sahəsi ilə bağlı müraciətinə, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və yerli bələdiyyə ilə birgə, yerində baxıldı. Şəhid ailəsinə, əkin məqəsədi ilə ayrılmış 4,0 ha torpaq sahəsinin müvafiq sənədləşmə işlərinin bələdiyyə tərəfindən aparılması və əlavə olaraq, 2 ha torpaq sahəsinin ayrılması təmin edildi.