Goranboyda şəhid ailəsi evində ziyarət olundu
01 yanvar 2025 | 23:13
Qarabağda həyata keçirilən antiterror əməliyyatları zamanı şəhid olan, Qızılhacılı qəsəbəsindən Nəsibov Hüseyn Əfqan oğlunun ailəsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Goranboy rayon icra hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları və bir qrup ictimai fəallar tərəfindən ziyarət olundu.