Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda şəhid ailələri və qazilərin ziyarətləri davam etdirilir.

21 oktyabr 2022 | 11:11

Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Möhtərəm  Prezident cənab İlham Əliyev və hörmətli Birinci vitse prezident Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır.

Goranboy RİH-nin məsul əməkdaşları Qızılhacılı qəsəbəsində, yerli icra nümayəndəsi ilə birgə,  12-13.09.2022 ci il tarixlərində  Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olmuş  Məmmədov Səfiyar Elşən oğlunun ailəsini ziyarət etdi, ailənin sosial qayğıları ilə maraqlandılar.

Keçidlər