Goranboyda şəhid ailələri və qazilərin ziyarətləri davam etdirilir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Möhtərəm Prezident cənab İlham Əliyev və hörmətli Birinci vitse prezident Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır.
Goranboy RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşları yerli icra nümayəndəsi ilə birgə Nərimanlı kəndində şəhid və qazi ailələrini öz evlərində ziyarət etdi, onların sosial qayğıları ilə maraqlandılar.