Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda şəhid ailələri və qazilərin ziyarətləri davam etdirilir.

23 sentyabr 2022 | 09:52

Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Möhtərəm  Prezident cənab İlham Əliyev və hörmətli Birinci vitse prezident Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır.

Goranboy RİH-nin ictimai-siyasi məsələlər və  vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşları yerli icra nümayəndəsi və bələdiyyə ilə birgə Balakürd və Gürzalılar kəndlərində birinci və ikinci Qarabağ müharibəsinin şəhid və qazi ailələrini  öz evlərində ziyarət etdi, onların sosial qayğıları ilə maraqlandılar.

Keçidlər