Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda şəhid ailələri və qazilərin sosial qayğıları yerində öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Növbəti görüş Rəhimli kəndində keçirildi.

27 dekabr 2022 | 12:24

Möhtərəm  Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinin, xüsusən də şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və  vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən  şəhid və qazi ailələrinin ziyarətləri davam etdirilir, Şəhid ailələri və qazilərlə görüşlər təşkil oşlunur.  Ziyarətlər və keçirilən görüşlər zamanı Şəhid ailələri və qazilər  tərəfindən edilən müraciətlərdən rayon  İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir, digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə,   aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır.

Goranboy RİH-nin, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin  məsul vəzifəli əməkdaşlarının, yerli icra nümayəndəsi və bələdiyyənin iştirakı ilə Rəhimli  kəndində  Qazanbulaq qəsəbəsi, Veyisli  və Rəhimli  kəndlərindən olan Vətən Müharibəsi əlilləri, iştitrakçıları  ilə görüş keçirildi, onların sosial qayğıları ilə maraqlanıldı.

Keçidlər