Goranboyda şəhid ailələri və qazilərin sosial qayğıları yerində öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Növbəti görüş Goranlı kəndində keçirildi.
Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinin, xüsusən də şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailələrinin ziyarətləri davam etdirilir, Şəhid ailələri və qazilərlə görüşlər təşkil olunur. Ziyarətlər və keçirilən görüşlər zamanı Şəhid ailələri və qazilər tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir, digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır.
Goranboy RİH-nin, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin məsul vəzifəli əməkdaşlarının və yerli icra nümayəndəsi, bələdiyyənin iştirakı ilə, Goranlı kəndində Goranlı, Qazançı, Qaramusalı, Həmənli, Qırıxlı, Qarapirimli və Gülməmmədli kəndlərindən olan Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi, onların sosial qayğıları ilə maraqlanıldı.