Goranboyda şəhid ailələri və müharibə iştirakçılarının müraciətləri yerində araşdırılır, onların sosial qayğıları öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
05 avqust 2023 | 08:38
Goranboy rayon İcra Hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul vəzifəli əməkdaşlarının, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələrin birgə iştirakı ilə yerlərdə Şəhid ailələri və müharibə iştirakçıları ilə keçirilən görüşlərdə ünvanlanan müraciətlər əsasında, Əhmədabad kəndindən olan Şəhid anası Quliyeva Nazilə Həsən qızının, Yolpaq kəndindən Vətən müharibəsi qazisi Səttarzadə Əşrəf Rafiq oğlunun və Səmədabad kəndindən Vətən müharibəsi qaziləri Maqsud Gənczadə və Fərid Məmmədovun valideynlərinin müraciətləri yerində araşdırıldı, aidiyyəti qurumlarla birgə, problemlər operatov həll edildi.