Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda şəhid ailələri və müharibə iştirakçılarının müraciətləri yerində araşdırılır, onların sosial qayğıları öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

04 avqust 2023 | 10:12

Goranboy rayon İcra Hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul vəzifəli əməkdaşlarının, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələrin birgə iştirakı ilə yerlərdə Şəhid ailələri və müharibə iştirakçıları ilə keçirilən görüşlərdə ünvanlanan müraciətlər əsasında, Qazanbulaq qəsəbəsində, Borsunlu və Nadirkənd kəndlərində müraciətlər yerində araşdırıldı və həlli istiqamətində əməli tədbirlər həyata keçirildi. Bu məqsədlə, Qazanbulaq qəsəbəsindən 1-ci Qarabağ müharibəsi əlili Əkbərli Surxay Yadulla oğlunun, Borsunlu kəndindən 1-ci Qarabağ müharibəsi əlilləri Vəliyev İman İdris oğlunun və Agakişiyev Qənbər Əmir oğlunun, 2-ci Qarabağ müharibəsi şəhidi Nəsibov Nicat Nəriman oğlunun qardaşı Nəsibov Vüqar Nəriman oğlunun, Nadirkənd kəndindən 2-ci Qarabağ müharibəsi əlilləri Abbasov Xəyal Qarakişi oğlunun və Hüseynov Asim Yaqub oğlunun problemləri, aidiyyəti qurumlarla birgə, yerində operatov həll edildi.

Keçidlər