Goranboyda şəhid ailələri və müharibə iştirakçılarının müraciətləri yerində araşdırılır, onların sosial qayğıları öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
14 avqust 2023 | 12:24
Goranboy rayon İcra Hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul vəzifəli əməkdaşlarının, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələrin birgə iştirakı ilə yerlərdə Şəhid ailələri və müharibə iştirakçıları ilə keçirilən görüşlərdə ünvanlanan müraciətlər əsasında, şəhid Həziyev Məhyəddin Müsəllim oğlunun anası Qazıyeva Amidə İbrahim qızının İrəvanlı kəndində yaşadığı küçənin qrabil örtüklə təmin olunması, şəhid Əsgərov Xudayət Nurəddin oğlunun anası Əsgərova Tamara Ələsgər qızının İrəvanlı kəndində içməli su xəttinin bərpa olunması ilə bağlı müraciətlərinin həlli ilə bağlı rayon İcra Hakmiyyətinin məsul işçisi və bələdiyyə sədri yerində baxış keçirdilər.