Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər davam etdirilir, onların sosial qayğıları yerində öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

22 dekabr 2023 | 11:01

Möhtərəm  Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayonunda da əsaslı işlər görülür. Bu məqsədlə, rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının ziyarətləri davam etdirilir, aidiyyəti məsul şəxslərin birgə iştirakı ilə müntəzəm görüşlər təşkil olunur.  Keçirilən görüşlər zamanı, edilən müraciətlərin yerində obyektiv araşdırılması və  rayon  İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir. Digər məsələlərin həlli məqsədi ilə, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır. Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bir qrup şəhid ailələri, müharibə iştirakçıları və ictimai fəallarla birgə, Əlirzalı kəndindən  Vətən Müharibəsi şəhidi  Şahmalıyev Əzim Namiq oğlunun məzarını və ailəsini ziyarət etdilər.

Keçidlər