Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda şəhid ailələri üçün səyyar tibbi müayinələr təşkil edildi

22 may 2026 | 11:27

Goranboy Rayon İcra Hakimiyyəti və Goranboy rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə əməkdaşlığı ilə Səfikürd və Tatarlı kəndlərində şəhid ailələri üçün səyyar tibbi müayinələr təşkil edildi. Həkim briqadaları tərəfindən ailə üzvlərinin sağlamlıq vəziyyəti yoxlanılaraq, ilkin tibbi müayinələr aparıldı. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər