Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Şəhid ailələri ilə görüşlər keçirilir.

15 dekabr 2022 | 10:04

Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Möhtərəm  Prezident cənab İlham Əliyev və hörmətli Birinci vitse prezident Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır.

Goranboy RİH-nin məsul vəzifəli əməkdaşlarının və yerli icra nümayəndəsi, bələdiyyənin iştirakı ilə,  Dəliməmmədli şəhərində Dəliməmmədli şəhəri, Sarovlu, Düzqışlaq, Bağçakürd və Dəyirmanlar kəndlərindən olan Şəhid ailələri ilə görüş keçirildi, onların sosial qayğıları ilə maraqlanıldı.

Keçidlər