Goranboyda şəhid ailələri ilə birgə od çərşənbəsi qeyd edildi
Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində, Qızılhacılı qəsəbəsində “Od çərşənbəsi” bayram tədbiri keçirildi. Tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. İcra Başçısı, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi, can sağlığı, bol ruzi və əmin-amanlıq arzuladı. Rayonumuzun mədəniyyət işçilərinin və incəsənət ustalarının ifasında bayram proqramı, folklor nümunələri təqdim edildi, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirildi, çərşənbə tonqalı qalandı.








