Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Şəhərsalma və Memarlıq ili” və beynəlxalq veloyarışa hazırlıq çərçivəsində abadlıq işləri davam etdirilir

02 may 2026 | 16:58

Yarışın marşurutu üzrə Bakı–Qazax avtomobil yolunun rayon ərazisindən keçən, eləcə də Goranboy şəhəri, Qızılhacıllı və Qazanbulaq qəsəbələri, həmçinin Veyisli, Rəhimli, Nərimanlı, Balakürd, Yeniyol və Xan Qərvənd kəndlərinin ərazilərində mütəmadi olaraq məişət tullantılarının təmizlənməsi və ətraf mühitin abadlaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bununla yanaşı, kəndlərin giriş lövhələri yenidən qurulur, yolkənarı ərazilərdəki yaşıllıq sahələri, dayanacaqlar, yeraltı keçidlər və hasarlar səliqəyə salınaraq ümumi estetik görünüş əhəmiyyətli dərəcədə yaxşılaşdırılır.

Keçidlər