Goranboyda “Şəhərsalma və Memarlıq İli” və beynəlxalq velosiped yarışına hazırlıq işləri çərçivəsində ümumrayon iməcliyi davam etdirilir
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı – Xankəndi” Azərbaycan Velosiped yarışı ilə əlaqədar Goranboy rayonunda hazırlıq işləri davam etdirilir. Görülən tədbirlər çərçivəsində məişət tullantılarının yığışdırılması, ətraf mühitin təmizlənməsi və abadlaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Yolkənarı ərazilərdəki yaşıllıq sahələri, ictimai nəqliyyat dayanacaqları, yeraltı keçidlər və hasarlar səliqəyə salınır, ümumi estetik görünüşün yaxşılaşdırılması təmin olunur. Aparılan iməcilik işləri rayonun daha təmiz, baxımlı və müasir görkəm almasına xidmət edir, eyni zamanda beynəlxalq tədbir iştirakçıları, rayonumuzun sakinləri və qonaqlarında müsbət təəssürat formalaşdırmağa yönəlib.








