Goranboyda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirildi
09 may 2026 | 12:13
Goranboy rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı keçirilən ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı, rayonun xidmət sahələrinin rəhbərləri iştirak etdilər. Aksiya çərçivəsində ərazidə çoxsaylı şam ağacları əkilərək, ətraf mühitin mühafizəsi və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirildi.








