Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Şəhərsalma və Memarlıq” ili çərçivəsində sərgi keçirildi

21 avqust 2026 | 15:50

Goranboy rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Milli memarlıqdan müasir şəhərsalmaya” mövzusunda sərgi təşkil olundu. Milli memarlıq ənənələrini və müasir şəhərsalma üslubunu əks etdirən rəsm əsərləri, müxtəlif əl işləri və yaradıcı nümunələr nümayiş etdirilən sərgidə təqdim olunan əsərlərdə milli memarlıq elementləri ilə müasir memarlıq yanaşmalarının vəhdəti öz əksini tapdı. Tədbirin əsas məqsədi milli memarlıq irsinin təbliği, müasir şəhərsalma və memarlıq nümunələrinin nümayiş etdirilməsi, eləcə də bu sahəyə ictimai marağın artırılmasıdır.

Keçidlər