Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində qanunsuz zəbt edilmiş torpaq sahələri ilə bağlı tədbirlər davam edir

02 noyabr 2026 | 10:04

Aşağı Ağcakənd bələdiyyəsinin mülkiyyətində olan perspektiv inkişafı üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahələrinin qanunsuz zəbt edilməsi və hasarlanmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər davam etdirilir. Bu məqsədlə Aşağı Ağcakənd bələdiyyəsi tərəfindən qanunsuz zəbt edilmiş ərazilərdə hasarların sökülməsi istiqamətində işlər aparılır. Görülən tədbirlərin əsas məqsədi perspektiv inkişaf üçün nəzərdə tutulmuş torpaq sahələrinin qorunması, ərazilərdən qanunvericiliyin tələblərinə uyğun istifadənin təmin edilməsi və qəsəbənin gələcək inkişaf planlarının həyata keçirilməsinə maneə yaradan halların aradan qaldırılmasıdır.

Keçidlər