Goranboyda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində növbəti arxeoloji qazıntılar aparılır
05 avqust 2026 | 10:01
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun arxeoloq alimləri tərəfindən 01 iyul – 29 avqust 2026-cu il tarixində Goranboy rayonunun Tatarlı kəndi ərazisində arxeoloji qazıntılar davam etdirilir. Tarix üzrə fəlsəfə doktoru dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı son tunc - ilk dəmir dövrünə aid qəbir abidələrində zövqlə hazırlanmış saxsı qablar, tuncdan və dəmirdən hazırlanmış silahlar və bəzək əşyaları, muncuqlar aşkar edilmişdir. Aparılan arxeoloji tədqiqatlar Goranboy rayonunun qədim tarixinin və zəngin mədəni irsinin öyrənilməsi, eləcə də tarixi-mədəni irsin qorunması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.








