Goranboyda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirildi
15 yanvar 2026 | 16:52
Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı, Goranboy şəhərində və Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, yol kənarlarında ağacəkmə aksiyası keçirildi. Aksiyada rayon İcra Hakimiyyəti və Mənzil Komunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları iştirak etdilər. Aksiya çərçivəsində ümumilikdə 1550 ədəd olmaqla, eldar şamı, alyandr və digər həmişəyaşıl kollar əkildi.








