Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində 28 May – Müstəqillik Günü ilə bağlı “Müstəqilliyimiz Əbədidir” adlı tədbir keçirildi

28 may 2026 | 11:46

Goranboy Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Goranboy Gənclər Evi və Goranboy rayon üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Goranboy şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Ardınca tədbirdə çıxış edən natiqlər müstəqil Azərbaycanın qazandığı uğurlardan, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs ediblər. Sonda rayonun incəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda musiqilərdən ibarət konsert proqramı təqdim olunub.

Keçidlər