Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 1-ci sinfə gedəcək şəhid övladları ilə görüş keçirildi

02 sentyabr 2026 | 11:47

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 1-ci sinfə qədəm qoyacaq şəhid övladları və onların ailə üzvləri ilə görüşdü. İcra başçısı görüş zamanı şəhid ailələrinin qayğı və təklifləri dinləyərək şəhid övladlarına yüksək təhsil göstəriciləri, məktəb həyatında uğurlar və gələcək həyatlarında böyük nailiyyətlər arzuladı. Məhərrəm Quliyev şəhid ailələri və şəhid övladları daim dövlətin diqqət və qayğısı ilə əhatə ounduğunu, onların sosial rifahının və övladlarının təhsil imkanlarının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini qeyd etdi. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsinin də iştirakı ilə təşkil olunan görüşdə, şəhid övladlarına rayon İcra Hakimiyyəti tərəfindən məktəbli geyimi və dərs ləvazimatları hədiyyə olundu. Görüş zamanı çıxış edən şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək ehtiramı və davamlı sosial dəstəyi yüksək qiymətləndirdilər. Sonda 1-ci sinfə gedəcək şəhid övladları və onların ailə üzvləri ilə xatirə şəkli çəkdirildi.

Keçidlər