Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümü ilə bağlı tədbir keçirildi

13 fevral 2023 | 16:40

Goranboyda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin  rəhbərliyi və əməkdaşları və bir qrup ictimai fəallar iştirak etdilər. Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Son illər cənab Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bütün sahələrdə  islahatların aparıldığını, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və idarəetmənin çevik mexanizmlər əsasında müasir tələblərə uyğun  qurulmasını qeyd edən icra başçısı Məhərrəm Quliyev çıxışında,  cənab Prezidentin  13 fevral 2012-ci il tarixli fərmanı ilə hərbi komissarlığın ləğv edilərək,  əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yaradıldığını vurğuladı. Xidmət yarandıqdan sonra çağırış sisteminə diqqət artırılmış, müvafiq qanunvericilik bazası təkmilləşdirilmişdir. Xidmət tərəfindən “Hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sistemi” yaradılmışdır. Tədbirin sonunda SHÇDX-nin rayon şöbəsinin xidmətdə fərqlənən əməkdaşlarına Fəxri Fərmanlar  təqdim edildi.

 

Keçidlər