Goranboyda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin Peşə Bayramı Günü qeyd edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması və işçilərinin Peşə Bayramı Günü ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin rəisi və Xidmətin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları öncə, Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bütün sahələrdə islahatların aparıldığını, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və idarəetmənin çevik mexanizmlər əsasında müasir tələblərə uyğun qurulmasını qeyd edən icra başçısı Məhərrəm Quliyev çıxışında, cənab Prezidentin 13 fevral 2012-ci il tarixli fərmanı ilə hərbi komissarlığın ləğv edilərək, əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığını vurğuladı. Xidmət yarandıqdan sonra çağırış sisteminə diqqət artırılmış, müvafiq qanunvericilik bazası təkmilləşdirilmişdir. Xidmət tərəfindən “Hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sistemi” yaradılmışdır. Tədbirin sonunda SHÇDX-nin rayon şöbəsinin xidmətdə fərqlənən əməkdaşlarına Fəxri Fərmanlar təqdim edildi.








