Goranboyda sakinlərin müraciətlərinin həlli istiqamətində işlərə başlanıldı
26 avqust 2026 | 14:53
Tap Qaraqoyunlu kəndinin bir qrup sakini tərəfindən Rayon İcra Hakimiyyətinə ünvanlanmış içməli su təminatında yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı müraciət aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə yerində araşdırıldı. Müraciətin həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında müvafiq məsələlər qaldırılaraq, içməli su təminatında yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində zəruri işlərin həyata keçirilməsinə başlanıldı.








