Goranboyda sakinlərin müraciəti həll olundu
07 oktyabr 2026 | 11:35
Goranboy rayon İcra Hakimiyyəti başçısının Qarapirimli kəndində keçirdiyi səyyar qəbul zamanı kənd sakini Məmmədov Emin Bayram oğlu Kürəkçay çayının üzərində quraşdırılmış piyada keçidinin təmir olunmasınə köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyəsi ilə piyada keçidi Qaramusalı bələdiyyəsi tərəfindən təmir olundu. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Ölkə başçısına minnətdarlıqlarını bildirdilər.








