Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən əsaslı işlər davam etdirilir.

29 aprel 2024 | 17:16

Möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Goranboy və Dəliməmmədli şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 36 mənzilli 4 ədəd 2 mərtəbəli, Dəliməmmədli şəhərində 16 mənzilli 1 ədəd 2 mərtəbəli yaşayış binalarının sökülərək  yerlərində,  Goranboy şəhərində 2 ədəd 4 mərtbəli 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd 4 mərtəbəli 16 mənzlli binaların cari ilin  sentyabr ayında tikintisi işlərinə başlanılmış və hazırda işlər sürətlə davam etdirilir. Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev, bir qrup ictimai fəallarla birgə,  Goranboy şəhəri Cəfər Cabbarlı və Məmməd Məhərrəmov küçələrində  4 mərtəbəli 16 mənzilli yaşayış binalarının  tikinti işləri ilə bir daha yerində tanış oldu. İcra Başçısı işlərin vaxtında, keyfiyyətlə və müvafiq tikinti normalarına uyğun  başa çatdırılması, binanın gələcəkdə bütün kommunikasiya xətlərinin təhcizatı ilə bağlı, iş icraçıları və  bir qrup şəhər sakinləri ilə məsləhətləşmələr apardı, səmimi söhbət etdi, tövsiyyələrini bildirdi. 

Keçidlər