Goranboyda sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən əsaslı işlər davam etdirilir.
Goranboyda sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən əsaslı işlər davam etdirilir. Bu məqsədlə, hazırda Aşağı Ağcakənd qəsəbəsində sel nəticəsində yararsız vəziyyətə düşmüş Həsənova Minayə Babaxan qızı və Huseynli Yeganə Allahverən qızına məxsus 2 fərdi yaşayış evləri yenidən inşa edilir. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, aparılan işlərlə yerində tanış oldu, sakinlərlə görüşdü, onların sosial qayğıları ilə maraqlandı. İcra Başçısı aparılan işlərin keyfiyyətlə və müvafiq tikinti normalarına uyğun həyata keçirilməsi, gələcəkdə fərdi yaşayış evlərinin elektrik enerjisi, təbii qaz, su, rabitə və digər kommunal xəttləri ilə təmin olunması ilə bağlı göstəriş və tövsiyyələrini bildirdi.