Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən əsaslı işlər davam etdirilir.

21 fevral 2024 | 11:32

Goranboy rayonunda  sakinlərin  mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata  keçirilən əsaslı işlər  davam etdirilir. Bu məqsədlə,  hazırda Aşağı Ağcakənd qəsəbəsində   16 mənzilli  2 yaşayış binası əsaslı  təmir olunur,  dam örtükləri dəyişdirilir.  Rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə,  aparılan işlərlə  yerində tanış oldu, sakinlərlə görüşdü, onların sosial qayğıları  ilə maraqlandı. İcra Başçısı  aparılan işlərin   keyfiyyətlə və  müvafiq  tikinti normalarına uyğun həyata keçirilməsi,  gələcəkdə binaların elektrik enerjisi, təbii qaz, su, rabitə və kanalizasiya xəttləri ilə təmin olunması ilə bağlı  göstəriş və  tövsiyyələrini bildirdi.

Keçidlər