Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır.

07 dekabr 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2021-ci il tarixli, D/O 23400 nömrəli tapşırığına əsasən, Goranboy və Dəliməmmədli  şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 36 mənzilli 4 ədəd 2 mərtəbəli, Dəliməmmədli şəhərində 16 mənzilli 1 ədəd 2 mərtəbəli yaşayış binalarının sökülüb yerlərində Goranboy şəhərində 2 ədəd 4 mərtbəli 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd 4 mərtəbəli 16 mənzlli binaların tikintisi aparılması üçün layihə smeta sənədlərinin hazırlanması işləri aparılır. Yaxın vaxtlarda binaların tikintisinə başlanılması nəzərdə tutulmuşdur. Goranboy rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev yeni tikiləcək binalarla bağlı ərazilərə baxış keçirdi, sökülən binaların  sakinlərinin kirayə pullarının vaxtında ödənilməsi və yeni tikiləcək binaların gələcəkdə kommunal təhcizatının təmin edilməsi ilə bağlı aidiyəti üzrə xidmət sahələrinin rəhbərlərinə tapşırıq və tövsiyyələrini bildirdi.

 
 

 

Keçidlər