Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda şair, yazıçı-publisist İsgəndər Səklikovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

01 noyabr 2025 | 10:22

Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Goranboy şəhər  Mədəniyyət Mərkəzində şair, yazıçı-publisist, əməkdar müəllim İsgəndər Fərhadoğlunun (Səklikovun) 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, ictimai fəallar, Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvü,  Goranboy  Ensiklopediyasının müəllifi, yazıçı-publisist Vəsimə İsmayılqızı,  digər ziyalılar  və yubilyarın ailə üzvləri iştirak etdilər. Tədbirdə, yubilyar barədə  müxtəlif məzmunlu çıxışlar dinlədildi, mədəniyyət və incəsənət nümayəndələrinin ifalarında  bədii musiqili proqram təqdim olundu.

Keçidlər