Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, "Şahin" hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirildi.

15 mart 2024 | 11:52

Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə Təhsil sektorunun dəstəyi və N saylı hərbi hissənin zabitləri, yarışın hakimləri və hərbi-hazırlıq müəllimlərinin birgə iştirakı ilə Goranboy Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin X sinif şagirdlərindən ibarət komandaları arasında “Şahin” hərbi-idman oyunu üzrə Goranboy rayon birinciliyi keçirildi.  “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarına və hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına köməklik göstərməkdən ibarətdir. Birincilikdə Goranboy rayon ümumtəhsil məktəblərinin 21 komandası iştirak etdi. Yarışda birinci yeri qazanmış komanda "Şahin" hərbi-idman oyunu üzrə zona mərhələsində Goranboy rayonunu təmsil etmək üçün vəsiqə qazanır.

Keçidlər