Goranboyda sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici tədbir keçirildi
06 fevral 2025 | 14:30
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nomrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.2. bəndinə uyğun olaraq Goranboy rayon İcra Hakimiyyəti, Goranboy Təhsil Sektoru, Goranboy Gənclər və İdman Sektoru, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Səmədabad kənd tam orta məktəbində şagirdlər, müəllimlər və valideynlər arasında maarifləndirici görüş keçirildi. Tədbir iştirakçılarına sağlam həyat tərzi ilə bağlı videoçarx nümayiş etdirildi, maarifləndirici bukletlər paylanıldı.