Goranboyda Regional Radioloji Konfransın nümayəndələri ilə görüş keçirildi
Azərbaycan Radioloqlar Cəmiyyətinin növbəti Səyyar Seminarı Goranboy şəhərində fəaliyyət göstərən Med Life Klinikasında keçirildi. Tədbirin məqsədi, radioloqları son tibbi texnologiyalar və innovasiyalar barədə məlumatlandırmaq, peşəkar bilik və bacarıqların artırılması üçün mütəxəssislər arasında əlaqələrin gücləndirilməsi və radiologiyanın inkişafına dəstək verilməsidir. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Radiologiya Cəmiyyətinin sədri tibb üzrə fəlsəfə doktoru Yunis Əfəndiyev, İmago Medical Systems direktoru Cesur Akyol, tibb üzrə fəlsəfə doktoru Elşad Sadıqov, Onkoloq-Mammoloq,Onkoplatik və Rekonstriktiv cərrah tibb üzre fəlsəfə doktoru Samir Qurbanov, həkim-radioloq Fəridə Abbasova və Med Life Klinikanın direktoru Günay Mustafayeva ilə görüşdü. Görüş çərçivəsində, rayonumuzda tibb sahəsində müasir texnologiyaların və innovasiyaların genişləndirilməsi, özəl tibb sektorunun inkişaf etdirilməsi, bu məqsədlə yeni yaradılan Med Life Klinikasının və digər müəssisələrin fəaliyyəti, bu istiqamətdə məqsədyönlü dövlət dəstəyinin göstərilməsi və gələcəkdə rayonumuzda tibb xidmətinin daha da yüksək səviyyəyə çatdırılması ilə bağlı, müzakirələr aparıldı.