Goranboyda rayonunun Şəhidlər Xatirə Kompleksi və qəbiristanlıqlarında 27 Sentyabr – Anım Günü ilə əlaqədar təmizlik işləri aparılır
23 sentyabr 2026 | 10:42
27 Sentyabr – Anım Günü ilə əlaqədar Tədbirlər Planının icrasının təmin edilməsi məqsədilə Goranboy rayon ərazisində yerləşən Şəhidlər Xatirə Komplekslərində abadlıq və təmizlik işləri həyata keçirilir. Eyni zamanda, şəhidlərin dəfn olunduğu qəbiristanlıqlarda iməciliklər təşkil edilir, şəhid məzarlarının və ətraf ərazilərin təmizliyi, abadlaşdırılması və səliqə-sahmana salınması istiqamətində müvafiq tədbirlər görülür.








