Goranboyda rayon rəhbərliyi Eyvazlılar kəndində şəhid atasının yas mərasimində iştirak etdi.
Prezidentimiz cənab İlham Əliyevin, şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğının göstərilməsi, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı tapşırıq və tövsiyələrini gündəlik fəaliyyətin əsas istiqaməti kimi həyata keçirən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Eyvazlılar kəndində 1-ci Qarabağ müharibəsi şəhidi Rauf Məmmədovun atası Eldar Məmmədovun yas mərasimində iştirak etdi. İcra Başçısı şəhid ailəsinə başsağlığı verdi, ailənin sosial qayğıları ilə maraqlandı və bildirdi ki, dövlət hər zaman şəhid ailələrinin yanındadır. Dövlətin diqqət və qayğısını hər zaman yaxından hiss etdiyini vurğulayan şəhid ailəsi ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını bildirdi.