Goranboyda, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi
05 dekabr 2025 | 13:28
Goranboyda, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər, sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi, əmək fəaliyyətində fərqlənən əməkdaşlara rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanlar təqdim olundu.








