Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Qurban bayramı münasibətilə vətəndaşlara sağlam və təhlükəsiz ət məhsullarının təqdim olunmasını təmin etmək məqsədilə rayonda fəaliyyət göstərən ət kəsimi məntəqəsinə baxış keçirildi

20 may 2025 | 14:54

Qurban bayramı münasibətilə vətəndaşlara bayram günlərində sağlam və təhlükəsiz ət məhsullarının təqdim olunmasını təmin etmək məqsədilə Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə rayonda fəaliyyət göstərən kəsim məntəqəsinə baxış keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri, rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və kəsim məntəqəsinin səlahiyyətli şəxsləri iştirak etdilər. Baxış zamanı qurbanlıq heyvanların saxlanma şəraiti, onların baytarlıq-sanitariya qaydalarına uyğunluğu, kəsim prosesinin gigiyenik normalara uyğun təşkili, həmçinin ət məhsullarının daşınması və satışının tənzimlənməsi məsələləri yoxlanılmışdır. Eyni zamanda vətəndaşların təhlükəsiz və rahat şəkildə xidmət alması üçün məntəqədə yaradılan şərait, texniki təchizat və əməkdaşların hazırlıq səviyyəsi də qiymətləndirilmişdir.Yoxlamalar nəticəsində kəsim məntəqəsində ümumilikdə qənaətbəxş şəraitin təmin olunduğu, bayram günlərində xidmətin mövcud normativlərə uyğun təşkil olunduğu müəyyən edilmişdir. Eyni zamanda vətəndaşlara bayram günlərində yalnız rəsmi qaydada fəaliyyət göstərən və sanitar norma və qaydalara cavab verən kəsim məntəqələrindən istifadə etmələri tövsiyə olundu.

Keçidlər