Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Qurban bayramı münasibətilə vətəndaşlara sağlam və təhlükəsiz ət məhsullarının təqdim olunmasını təmin etmək məqsədilə ət kəsimi məntəqəsinə baxış keçirildi

26 may 2025 | 12:11

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov Goranboy şəhərində fəaliyyət göstərən ət kəsimi məntəqəsində  oldular. Məntəqəyə baxış zamanı, qurbanlıq heyvanlarının baytarlıq-sanitariya qaydalarına uyğunluğu, kəsim prosesinin gigiyenik normalara uyğun təşkili, həmçinin ət məhsullarının daşınması və satışının tənzimlənməsi məsələləri müzakirə olundu. Vətəndaşlara bayram günlərində yalnız rəsmi qaydada fəaliyyət göstərən və sanitar norma və qaydalara cavab verən kəsim məntəqələrindən istifadə etmələri tövsiyə olundu.

Keçidlər