Goranboyda quduzluğa qarşı peyvənd aparılır.
Ölkə ərazisində heyvanlar arasında quduzluq xəstəliyinin qarşısının alınması, sahibsiz heyvanlar üçün sığınacaqların (stasionar və səyyar) yaradılması, sahibsiz heyvanların sterilizasiyası, vəhşi təbiətdə olan həssas heyvanların və sahibsiz itlərin oral üsulla peyvəndləmə işlərinin aparılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Goranboy rayon İcra Hakimiyyəti, Goranboy rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi birgə, Goranboy rayonu ərazisində quduzluq xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlərə başlayıblar. Mütəxəssisləri tərəfindən rayon ərazisində yerləşən meşə zolaqlarında vəhşi heyvanların və sahibsiz itlərin quduzluq xəstəliyi əleyhinə oral peyvəndlənməsi aparılır. Tədbirlər mütəmadi olaraq davam etdiriləcək.