Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Qərbi Azərbaycanlı irsinə səyahət” adlı tədbir keçirildi

16 sentyabr 2025 | 12:47

Goranboy rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Goranboy rayon Heydər Əliyev Parkında  təşkil olunan “Qərbi Azərbaycanlı irsinə səyahət” adlı tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun İdarə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və yerli bələdiyyələr, ictimai fəallar, ağsaqqal və ziyalılar, rayon ərazisində yaşayan bir qrup Qərbi Azərbaycanlılar və mədəniyyət işçiləri iştirak etdilər. Tədbirdə, Qərbi Azərbaycanlıların adət və ənənələrini, o cümlədən: kitab, xalça, mətbəxt və rəqslərini  əks etdirən sərgilərə baxış keçirildi, idmançıların təqdimatında idman nümunələri nümayiş etdirildi.

Keçidlər