Goranboyda Qərbi Azərbaycandan olan soydaşlarımızla görüş keçirildi
26 may 2026 | 16:27
Goranboy Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının Goranboy rayon nümayəndəliyinin təşkilatçılığı ilə rayonun Qaradağlı kəndində icma üzvləri ilə görüş keçirildi. Kənd ağsaqqalları, ziyalılar, gənclər və ictimai fəalların iştirak etdiyi görüşdə çıxış edən natiqlər bildirdilər ki, Prezident cənab İlham Əliyev hər dəfə Qərbi Azərbaycanla bağlı fikirlərində tarixi ədalətin bərpası və azərbaycanlıların doğma yurdlarına dinc yolla qayıdış hüququnun təmin olunması baxımından mühüm siyasi mesajlar verir. Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarını müdafiə edən leqal təmsilçi kimi onların öz yurd-yuvalarına qayıtmaları istiqamətində beynəlxalq miqyasda da uğurlu fəaliyyət göstərir.
Sonda Qərbi Azərbaycan İcmasının Qaradağlı kəndi üzrə icma nümayəndəsi seçildi.








