Goranboyda qərargah üzvləri Məhərrəmlik ayının başlanması ilə əlaqədar şəhid ailəsini ziyarət etdilər
20 iyun 2026 | 11:56
Məhərrəmlik ayının başlanması ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti yanında yaradılmış qərargahın üzvləri antiterror tədbirləri zamanı şəhid olmuş Qızılhacıllı qəsəbə sakini Elşad Süleymanovun ailəsini ziyarət etdilər. Görüş zamanı şəhidin əziz xatirəsi ehtiramla yad olunaraq onun keçdiyi şərəfli döyüş yolu və vətən qarşısındakı xidmətləri anıldı.








